Böyük Britaniyanın Baş naziri Boris Conson Şotlandiyanın müstəqilliyi ilə bağlı səsvermənin keçirilməsinə razılıq verməyib.
Modern.az xəbər verir ki, bu barədə Conson Şotlandiyanın birinci naziri Nikola Sturgeona məktub yazıb.
O məktubda bildirib ki, indi Şotlandiyanın müstəqilliyi ilə bağlı səsvermə məsələsinə yenidən baxmağın zamanı deyil.
“Ölkəmiz daxildə və xaricdə misli görünməmiş problemlərlə üzləşdiyinə görə mən razılaşa bilmirəm", - deyə Conson qeyd edib.
Keçən həftə Sturgeon 2023-cü ilin oktyabrında ikinci müstəqillik referendumunun keçirilə biləcəyini elan edib. O, Britaniya hökumətinin buna mane olacağı təqdirdə hüquqi tədbirlər görəcəyini deyib.
Akif İsmayılov