Bu gün Qızıl Aypara Cəmiyyətinin 4-cü qurultayı keçirilir. Modern.az-ın məlumatına görə, qurultay öncəsi Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezidentin qurultay nümayəndələrinə ünvanladığı məktubu oxuyub. Prezident növbəti ali toplantı münasibətilə Qızıl Aypara Cəmiyyətini təbrik edib və davamlı inkişaf yolunu tutan Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin öz töhfəsinin olduğunu bildirib.
Məktubda qeyd edilir ki, son illər qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin ehtiyaclarının ödənməsində Qızıl Aypara cəmiyyətinin rolu olub. Bundan başqa dağıntı və fəlakətə məruz qalmış ərazilərin yenidən qurulmasında da cəmiyyətin böyük rolu olub.
Anar Kəlbiyev