Modern.az

Almaniya Dəmir Günbəzalmaq istəyir - 100 milyardlıq

Almaniya “Dəmir Günbəz” almaq istəyir - 100 milyardlıq

6 İyul 2022, 22:41

Almaniya kansleri Olof Şolts ölkənin silahlı qüvvələri üçün 100 milyard avroluq xüsusi fondun ayrılmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, Almaniya bu vəsaitlə İsraildən "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.

 

İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi təxminən 70 kilometr məsafədən hücum ssenarisi üçün nəzərdə tutulub. Ancaq oxşar alternativ sistem var.

 

"Arrow 3" İsrail və ABŞ tərəfindən hazırlanmış və istehsal edilmiş 1 milyon dollarlıq hava hücumundan müdafiə sistemidir. İstehsalçının fikrincə, bu kompleks 2000 kilometrə qədər məsafədə, hətta kosmosda, atmosferdən kənarda nüvə raketini tuta bilir.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi