Modern.az

Koronavirusa yoluxma 30% ARTIB

Koronavirusa yoluxma 30% ARTIB

Dünya

7 İyul 2022, 00:10

Son iki həftə ərzində dünyada koronavirusa yoluxma sayı 30% artıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirib.

 

O, dünya ölkələrini gücləndirici (buster) doza daxil olmaqla peyvənd kampaniyalarını davam etdirməyə çağırıb.

 

Qebreyesus qeyd edib ki, təşkilatın altı regionundan dördündə yoluxma hallarında artım müşahidə olunur.

 

İyulun 5-də İtaliyada 130 mindən çox yeni koronavirusa yoluxma qeydə alınıb, sonuncu dəfə fevral ayında ölkədə analoji göstərici müşahidə olunmuşdu. Həmçinin Almaniyada gündə 150 ​​mindən çox yoluxma aşkarlanıb. Fransada 200 mindən çox yeni yoluxma müəyyən edilib. Avropa hökumətləri hələlik yeni anti-koronavirus tədbirləri tətbiq etməyib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi