Modern.az

“Emin 444”ün qisası - Çempionu öldürənin məhkəməsi başlayır

“Emin 444”ün qisası - Çempionu öldürənin məhkəməsi başlayır

Hadisə

7 İyul 2022, 11:34

14 mart 2022-ci il saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlunun odlu silahdan atəş edilərək qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.


İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə  qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin  120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

 

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı