Modern.az

“Yayda gəlib istirahət edərik...” - Şəhid Camalın doğum günüdür

“Yayda gəlib istirahət edərik...” - Şəhid Camalın doğum günüdür

7 İyul 2022, 12:42

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovdur. O, Laçın dəhlizi istiqamətində yüksəkliyin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Ərgünəş yüksəkliyinin azad olunmasında qəhərəmancasına döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

 

Bu gün baş gizir, şəhid Camal İsmayılovun doğum günüdür.

 

 

Arayış: Camal İsmayılov 7 iyul 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Orta təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə başa vurub, 2001-ci ildə hərbi xidmətə yollanıb. Hərbi hissədə qəhrəmanlığına görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirməsi barədə qərar verilib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulub və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edib. Oktyabrın 19-da Qubadlının  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 

Şəhidin həyat yoldaşı Fatimə İsmayılova onunla bağlı xatirələrini Modern.az-la bölüşüb.

 

Fatimə İsmayılova söyləyib ki, Camal heç vaxt müharibədə olduğunu hiss etdirməyib, həmişə pozitiv olub:

 

“Döyüş yoldaşları deyir ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini yanlış istiqamətə yönləndirib. Erməni dilində onların rabitəsi ilə düşmənin generallarına geri qayıdın əmri verib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanıb, müalicə olunduqdan sonra döyüşlərə yenidən qoşulub. Müharibənin getdiyini, hansı ərazilərin azad edildiyi barədə bir kəlmə də dnaışmırdı. Onunla danışanda, deyirdim Camal, filan yeri azad etmişik, televiziyadan elan veriblər. Gülürdü, duyurdum ki, oradadı. Bir dəfə danışanda sadəcə “Yayda gəlib istirahət edərik”, - demişdi. Amma qismət olmadı".

 

 

Fatimə xanım bildirir ki, Camal hərbçi olduğu üçün birlikdə qeyd etdikləri doğum günlərinin sayı az olub:

 

“Bu gün həm Camalın doğum günüdür, həm də nişanlandığımız gündür. Sonuncu dəfə doğum gününü hərbi şəhərcikdə keçirdik. Amma həmişəki kimi şam üfürüb, arzu tutmadı. Hər zaman olduğu kimi dedi ki, “Arzum gələn il bu vaxt torpaqlarımızı azad etməkdir. Camal o şamı üfürüb arzu tutmadı, amma ən böyük arzusu qəbul oldu, 37 yaşında şəhadətə ucaldı. Hansı hədiyyəni alsam bəyənərdi. "BMW" markalı avtomobilləri çox sevirdi. Mən də həmişə o markaya uyğun hədiyyələr alırdım. Qızlarımız da atalarını açıqca yazıb təbrik edirdilər. Gözəl xatirələrimiz çoxdur, amma yaşamadıqlarımız ondan da çoxdur. Qismət belə imiş".

 

Şəhid xanımı övladlarının gələcəyilə bağlı arzularını da dilə gətirib:

 

"Mən övladlarımı Camalın adına layiq böyüdəcəm. Atalarının istədiyi kimi  Əsmət və Əsnad xaricdə təhsil alacaq, üzünü görmədiyi Alparslan Camal isə idmançı olacaq”.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi