Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN-nin sözçüsü Oleq Nikolenko bildirib.
O, səfirin XİN-ə çağırılmasına səbəb kimi bir müddət əvvəl Ukrayna taxılını daşıyan Rusiya bayraqlı “Jibek Zholı” gəmisinin Sakaryanın Karasu dənizinə getməsini göstərib.
Oleq Nikolenko bu hadisəni qəbuledilməz adlandırıb:
“Bu, qəbuledilməz vəziyyətdir. Türkiyənin Ukraynadakı səfiri artıq nazirliyə çağırılıb. O gəlib, bu qəbuledilməz məsələyə aydınlıq gətirəcək”.