Modern.az

Ukraynadan Avropaya 5.8 milyon ton taxıl aparılıb

Ukraynadan Avropaya 5.8 milyon ton taxıl aparılıb

7 İyul 2022, 19:08

Avropa İttifaqı Ukrayna taxılının ixracını təmin edir, tədarüklərin həcmi iyunda demək olar ki, iki dəfə artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının baş diplomatı Jozep Borrel özünün "Twitter" hesabında məlumat yayıb.

 

Onun sözlərinə görə, aprel ayından Avropa İttifaqına Ukraynadan 5,8 milyon ton taxıl ixrac edilib.

 

Borrel qeyd edib ki, 2,5 milyon ton ixracla iyun ayında tədarüklər təxminən iki dəfə artıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi