Modern.az

Çin və Rusiya hakim partiyaları arasında görüş 

Çin və Rusiya hakim partiyaları arasında görüş 

7 İyul 2022, 20:08

Çinin və Rusiyanın dominant siyasi partiyalarının rəsmiləri arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" informasiya agentliyi məlumat yayıb.

 

Rəsmilər ikitərəfli münasibətlərin davamlı və keyfiyyətli inkişafına kömək etmək barədə fikir mübadiləsi aparıblar.

 

Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Liu Jiançao və Vahid Rusiya Ali Şurasının sədri Boris Qrızlov videodanışıq zamanı iki partiya arasında institusional mübadilənin daha da gücləndirilməsini müzakirə ediblər.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi