Modern.az

Kanada Ukraynaya zirehli maşınlar göndərəcək 

Kanada Ukraynaya zirehli maşınlar göndərəcək 

Dünya

8 İyul 2022, 00:42

Kanada bu ilin yayında Ukraynaya "General Dynamics" şirkəti tərəfindən istehsal edilən 39 zirehli texnika göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand bildirib.

 

Ontario ştatının London şəhərində yerləşən "General Dynamics" zavodunda istehsal edilən zirehli maşınlar təcili yardım, texniki xidmət, bərpa və ya qoşunların daşınması üçün istifadə edilə bilər.

 

Maşınlar Kanadanın Ukraynaya 500 milyon dollar məbləğində hərbi dəstəyinin bir hissəsidir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi