Modern.az

Nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər

Nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər

8 İyul 2022, 10:44

G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə XİN rəhbərləri Rusiya nümayəndəsi ilə birgə fotosessiyada iştirak etmək istəməyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.

 

"Bu il görüş iştirakçılarının ənənəvi fotosessiyası baş tutmayıb. Səbəb bir sıra xarici işlər nazirlərinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla birgə şəkil çəkdirməkdən imtina etməsidir",-  deyə agentlik bildirib.

 

İlk imtina edən ABŞ dövlət katibi Entoni Blinken olub.

 

Xatırladırıq ki, “Böyük 20-lik” 1999-cu ildən mövcuddur. Buraya -  Avropa İttifaqı, ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa, Braziliya, Böyük Britaniya, İtaliya, Rusiya, Kanada, Hindistan, Avstraliya, Meksika, Cənubi Koreya, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Argentina, Cənubi Afrika daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi