Modern.az

Məmurlar ictimai şuraların inkişafını istəmir - Deputat

Məmurlar ictimai şuraların inkişafını istəmir - Deputat

Aktual

8 İyul 2022, 11:36

“Təcrübə onu göstərir ki, ictimai şuralara təzyiqlər var. Nazirliklər tərəfindən ictimai şuralara təzyiqlər edilir”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Etibar Əliyev deyib. O qeyd edib ki, təzyiqlərə dözüm gətirməyənlər də var:


“Onlara elə şərait yaradılır ki, fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Müstəqil fəaliyyət göstərməksə daha çətindir. Bəzi məmurlar ictimai şuraların inkişafını, ümumiyyətlə, istəmir, müqavimət göstərirlər. Bir çox hallarda onlarla bağlı xoşagəlməz məlumatlar yayırlar. İctimai iştirakçılığın genişləndirilməsi onlara sərf etmir, çünki bu şəffaflıqdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi