Modern.az

Toponimiya Komissiyasının katibi DƏYİŞDİ

Toponimiya Komissiyasının katibi DƏYİŞDİ

8 İyul 2022, 11:50

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində dəyişiklik edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə aparılıb.

 

“Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsinə əsasən, komissiyanın katibi vəzifəsinə yeni namizəd müəyyən edilib. Bu vəzifəyə İskəndərov Cavid Nizami oğlu gətirilir.

 

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, komissiyanın katibi Məmmədzadə Aqşin Təvəkkül oğlu idi.

 

Layihə səsə qoyularaq qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi