“Hakimlərlə bağlı şikayətlər varsa, mən deputat statusumdan istifadə edib onlara kömək edəcəm”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Tahir Kərimli deyib.
"Biz məhkəmə qərarlarını təftiş eləmirik. Qanunun tələbi nədirsə, o qərarla razılaşmalıyıq. Hakimlərlə bağlı şikayətlər varsa, mən deputat statusumdan istifadə edib, insanlara kömək edəcəm".