Modern.az

Daha bir qanuna dəyişiklik edildi

Daha bir qanuna dəyişiklik edildi

8 İyul 2022, 12:26

Milli Məclisdə daha bir qanuna dəyişikliklər qəbul edilib.

 

Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

 

Belə ki, "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" və “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr tarixli qanunlara əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və bu sahədə fəaliyyətə nəzarət funksiyaları, habelə məcburi dövlət sosial sığorta haqları üzrə borcların hesablanması, haqqın vaxtında ödənilməməsinə görə faizlərin və maliyyə sanksiyalarının tətbiqi ilə bağlı səlahiyyətlər vergi orqanlarına həvalə edilib. 

 

Təklif olunan dəyişikliklər həmin qanunlara uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi