Modern.az

Baydendən Şinzo Abenin qətlinə reaksiya – “Qəzəbliyəm”

Baydendən Şinzo Abenin qətlinə reaksiya – “Qəzəbliyəm”

8 İyul 2022, 18:33

ABŞ Prezidenti Co Bayden Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin qətlə yetirilməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

Bayden hadisədən qəzəbləndiyini deyib.

 

“Dostum Şinzo Abenin qətlə yetirilməsindən sarsılmışam, qəzəblənmişəm və dərindən kədərlənmişəm. O, bizim xalqlarımız arasında dostluğun zirvəsi idi. ABŞ bu kədərli zamanda Yaponiyanın yanındadır”, - deyə Bayden qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi