Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak ölkənin Baş nazir postuna namizədliyini irəli sürüb.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində məlumat yayıb.
"Mən Mühafizəkarlar Partiyasının növbəti lideri və sizin Baş naziriniz olmağa hazıram", - deyə eks-nazir qeyd edib.
Xatırladaq ki, Rişi Sunak Boris Conson kabinetindən ilk istefa verən nazirlərdən biridir.