Xəbər verdiyimiz kimi, Kanada hökuməti Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, Zaxarova Kanadanın sanksiyalarına dərhal münasibət bildirib.
O, Kanada hakimiyyətini satanist adlandırıb.
"Yalnız satanistlər patriarxa qarşı sanksiyalar tətbiq edə bilər", - deyə Zaxarova qeyd edib.
Rus Pravoslav Kilsəsi isə patriarx Kirilə qarşı sanksiyaların boş və mənasız olduğunu bildirib.
Akif İsmayılov