Ukrayna Qərbin verdiyi “Harpun” raketləri ilə Rusiyanı Krımla birləşdirən Kerç körpüsünü vura bilər.
Modern.az xəbər verir ki, bunu "The Times" qəzetinə müsahibəsində NATO-nun keçmiş baş komandanı, ABŞ generalı Filip Bridlav deyib.
"Ukrayna Kerç boğazı üzərindən körpüyə hücum etməklə Rusiyaya sarsıdıcı zərbə vura bilər. Bunun üçün Kiyev “Harpun” raketlərindən istifadə etməyə hazırdır", - deyə o qeyd edib.
General bildirib ki, Kerç körpüsü qanuni hədəfdir. Onun sözlərinə görə, körpüyə hücum Rusiyanın Ukraynaya təcavüzü ilə əsaslandırılıb.
"Harpun" raketləri Amerikanın "McDonnell Douglas" şirkəti tərəfindən hazırlanıb. Gəmi əleyhinə qanadlı raket 225 kq ağırlığında döyüş başlığı daşıyır.
Akif İsmayılov