Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ tərəfindən verilən HIMARS raket sistemlərindən istifadə etməyib.
Modern.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi "Reuters" agentliyinə açıqlamasında bildirib.
"Rusiya Ukrayna ərazisindən kənarda zərbələr endirmək üçün HIMARS-dan istifadə etməsi ilə bağlı iddialar irəli sürür, bu iddialar yalandır", - anonimlik şərti ilə danışan rəsmi deyib.
O qeyd edib ki, Ukrayna Rusiya ilə mübarizə aparmaq üçün bu imkanlardan istifadə edir.
Xatırladaq ki, Birləşmiş Ştatlar Kiyevdən Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməyəcəyinə dair zəmanət aldıqdan sonra Ukraynaya M142 HIMARS raket sistemləri göndərib.
Akif İsmayılov