İsrailin Baş naziri Yair Lapid və Prezident İsaak Hersoq ayrı-ayrılıqda Fələstin lideri Mahmud Abbas ilə telefon danışığı aparıblar.
Modern.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi informasiya agentliyi məlumat yayıb.
ABŞ lideri Co Baydenin regiona səfərindən əvvəl telefon danışığında Lapid və Abbas davamlı əməkdaşlıq, sabitliyin təmin edilməsinin zərurətini müzakirə ediblər.
Bundan əvvəl İsrialin müdafiə naziri Benni Qantz İordan çayının qərb sahilində Mahmud Abbasla görüşüb.
Qeyd edək ki, Bayden 13-16 iyul tarixlərində Yaxın Şərqə səfər edəcək. Səfər çərçivəsində o, Fəlakətin və İsraildə də olacaq.
Akif İsmayılov