Rusiya BMT Təhlükəsizlik Şurasının Türkiyədən Suriyanın şimal-qərbində yaşayan insanlara humanitar yardımın çatdırılması ilə bağlı təklifinə veto qoyub.
Modern.az xəbər verir ki, İrlandiya və Norveç tərəfindən hazırlanan qətnamənin lehinə 13 üzv səs verib.
Çinin bitərəf qaldığı səsvermədə Rusiya daimi üzv olaraq veto qoyduğu üçün qətnamə qəbul edilməyib.
Təklif bölgədə yaşayan 4 milyon insana BMT-nin yardım çatdırılmasının 12 ay müddətinə uzadılmasını nəzərədə tuturdu.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild səsvermədən sonra deyib ki, bu, ölüm-dirim məsələsidir: "Və insanlar bu səsvermə və utanmadan veto qoyan ölkə ucbatından öləcəklər".
Akif İsmayılov