Litva Türkiyə istehsalı “Bayraktar” pilotsuz uçuş aparatını Ukraynaya təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
Yermak Litva xalqına və Türkiyənin "Baykar" şirkətinə təşəkkür edib.
Qeyd edək ki, PUA "Baykar" şirkəti tərəfindən Ukraynaya hədiyyə edilib.