Modern.az

Putindən müsəlmanlara bayram təbriki

Putindən müsəlmanlara bayram təbriki

Dünya

9 İyul 2022, 10:14

Rusiya prezidenti Vladimir Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putinin təbrikində deyilir ki, "Qurban bayramı dərin mənəvi məna daşıyır və insanları birləşdirməyə xidmət edir".

Putin Rusiyanın müsəlman icmasının ölkənin həyatında fəal iştirak etdiyini vurğulayıb.

“Sevindirici haldır ki, Rusiyanın müsəlman icması ölkənin həyatında fəal iştirak edir, irimiqyaslı xeyriyyə, maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə yorulmadan diqqət yetirir, gənc nəslin öz əcdadlarının adət-ənənələrinə hörmətlə yanaşmasını təlqin edir”, - Putinin müraciətdə deyilir.

Prezident müsəlmanlara cansağlığı, uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi