Modern.az

İtaliyada qar uçqununda ölənlərin sayı ARTDI

İtaliyada qar uçqununda ölənlərin sayı ARTDI

9 İyul 2022, 16:25

İtaliyada Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

 

Modern.az xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatları zamanı uçqunun altından daha bir nəfərin cəsədi çıxarılıb. Bununla da hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi uçqunun altından çıxarılıb.

 

Xatırladaq ki, iyulun 3-də Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsi dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ümumilikdə 11 nəfər ölüb, 8-i yaralanıb, itkin düşənlərin 8-i sağ tapılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi