ABŞ 28 Kuba rəsmisinə qarşı viza məhdudiyyəti tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Sanksiya tətbiq edilən Kuba rəsmilərinin təxminən bir il əvvəl bu ölkədə baş verən dinc nümayişlərin yatırılmasında əli olduğunu bildirilir.
Departamentin bəyanatında deyilir ki, məhdudiyyətlər Kuba Kommunist Partiyasının yüksək vəzifəli üzvlərinə, eləcə də dövlət rabitə və media sektorlarında çalışan məmurlara şamil edilib.
Akif İsmayılov