Modern.az

Britaniyanın Baş naziri postuna daha bir NAMİZƏD 

Britaniyanın Baş naziri postuna daha bir NAMİZƏD 

Dünya

9 İyul 2022, 21:20

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps ölkənin Baş naziri postuna namizədliyini irəli sürmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Sunday Times" nəşri məlumat yayıb.

 

Nəşr qeyd edib ki, Şapps qalib gələrsə, diqqətini iqtisadiyyatın bərpasına yönəldəcəyini vəd edib.

 

53 yaşlı Qrant Şapps Conson hökumətində istefa verməyən bir neçə nazirdən biridir. Nazir uğurlu olarsa, ümummilli seçkilərin keçirilməsini istisna edib, lakin ilk 100 gün ərzində fövqəladə büdcə hazırlayacağını bildirib.

 

Qəzet yazır ki, onun məqsədi əhalinin ən həssas təbəqələri üçün vergiləri azaltmaq və enerji istehlakı yüksək olan firmalara dövlət dəstəyi göstərmək olacaq. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi