Modern.az

İran uranın zənginləşdirilməsini gücləndirir

İran uranın zənginləşdirilməsini gücləndirir

9 İyul 2022, 21:55

İran uranın zənginləşdirilməsi səviyyəsini 20%-ə qədər artırmaq üçün müasir texnologiyadan istifadə edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi MAQATE-nin hesabatına istinadən məlumat yayıb.

 

Bildirilib ki, Fordo nüvə obyektində dəyişdirilmiş sentrifuqaların istifadəsi zənginləşdirmənin bir səviyyəsindən digərinə keçməyi asanlaşdıracaq.

 

Texnologiya 5%-ə qədər zənginləşdirilmiş uranın daha yüksək səviyyəyə çatdırılması üçün istifadə olunur. IR-6 sentrifuqalarının istifadəsi uranın 20%-ə qədər zənginləşdirilməsini asanlaşdıracaq.

 

2018-ci ildə ABŞ İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxıb. Razılaşmadan əvvəl İran uranı 20%-ə qədər zənginləşdirib, saziş zənginləşdirməni 3,67%-ə qədər məhdudlaşdırıb. ABŞ-ın sazişdən çıxmasına cavab olaraq, İran JCPOA çərçivəsində öhdəliklərin bir hissəsindən imtina edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi