Modern.az

Çin Ukraynadakı müharibəyə neytral yanaşmır - Blinken

Çin Ukraynadakı müharibəyə neytral yanaşmır - Blinken

Dünya

9 İyul 2022, 23:02

ABŞ dövlət katibi Entoni Blinken Çinin Ukraynadakı müharibədə bitərəf olduğuna inanmır.

 

Modern.az xəbər verir ki, bu barədə o, Bali adasında çinli həmkarı Vanq Yi ilə beş saatdan çox davam edən görüşdən sonra bildirib.

 

Blinken qeyd edib ki, Pekin BMT-də Rusiyanı dəstəkləyib və Rusiyayönlü təbliğatı artırıb. Blinken Çinin xarici işlər naziri ilə Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdiyini açıqlayıb.

 

“Mən nazirə bir daha dedim ki, biz Çinin Rusiya ilə yaxınlaşmasından narahatıq”, - deyə ABŞ rəsmisi bildirib.

 

Blinken xatırladıb ki, Çin lideri Si Cinpin iyunun 13-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Kremllə tərəfdaşlığı dəstəklədiyini açıq şəkildə vurğulayıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi