Modern.az

Günün lətifəsi

Günün lətifəsi

Ədəbi̇yyat

10 İyul 2022, 12:26

 Azad Müzəffərli,
Əməkdar jurnalist


1988-ci il... Qarabağ, Əskəranda mərkəzi meydan... Tən ortada AzTV-nin Qarabağ üzrə xüsusi müxbiri, məşhur telejurnalist Allahverdi Əsədov başda olmaqla çəkiliş qrupu və başının dəstəsilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko, bir tərəfdə azərbaycanlılar, o biri tərəfdə də ermənilər...

Gərginlik sərhəd tanımır... Haqsızlığa dözməyərək səbrini basa bilməyən azərbaycanlılardan bir qrupu Polyaniçkoya sarı yön alır. Az-çox azərbaycanca qırıldadan Polyaniçko vəziyyətin cilovunun əldən çıxmaqda olduğunu görərək, əllərini sinəsində qoşalayıb ona sarı üz tutan azərbaycanlılara səslənir:

“Ya-vaş, ya-vaş, ya-vaş...”.

Bir neçə dəqiqə sonra Moskvaya hayların teleqramları ara vermir; bəs, siz Azərbaycana ikinci katib kimi göndərmisiniz, o, göz görə-görə azərbaycanlılara hayqırır ki, “Mən sizinləyəm, sizinləyəm, sizinləyəm...” ???

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır