Modern.az

Havanın temperturu 42 dərəcəyə qədər yüksələcək

Havanın temperturu 42 dərəcəyə qədər yüksələcək

Aktual

10 İyul 2022, 16:12

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında, o cümlədən, bölgələrdə hava sabit və yağmursuz keçəcək. 

Bu barədə Modern.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O qeyd edib ki, iyul ayının 12-də respublika ərazisində əsən cənub küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu yüksələrək, Bakıda və Abşeron yarımadasında 33-38, bəzi yerlərdə 40 dərəcə, bölgələrdə 34-39, bəzi yerlərdə 42 dərəcə, dağlarda isə 25-30 dərəcə isti olacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi