Türkiyə İraqın şimalındakı Qəndil bölgəsində terrorçulara ağır zərbə vurub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Yayımlanan videoda zərbələrin "Akıncı" və "Bayraktar TB2" pilotsuz uçuş aparatları ilə endirildiyi görünür. Zərbələr nəticəsində 2 terrorçunun zərərsizləşdirildiyi qeyd olunub.
"Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək", - deyə Nazirlik bildirib.
Terörist neredeyse hedefimiz orası!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 10, 2022
Irak’ın kuzeyindeki Kandil bölgesinde tespit edilen 2 PKK’lı terörist hava harekâtı ile etkisiz hâle getirildi.
Operasyonlarımız hız kesmeden devam edecek!#MSB pic.twitter.com/yEfg3mLGSh
Akif İsmayılov