“Xatirə və Xəta” bədii filmi ilk uğuru Fransanın Kann şəhərində qazanıb.
Bu barədə Modern.az-a filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib. O deyib ki, 2022-cu ilin iyuı ayında çəkilişləri başla catan “Xatirə və Xəta” bədii filmi Fransanın Kann şəhərində keçirilən "Cannes World" Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb:
“Bu bizim uğurumuz deyil, Azərbaycanın uğurudur, bu ugurlara şübhə ilə yanaşanlar festivalın səhifəsindən istədikləri məlumatı ala bilərlər: //www.cannesworldfilmfestival.com/”.
Rejissor deyib ki, bu ekran əsəri beynəlxalq festivalın böyük ekranda nümayiş olunacaq və “qızıl hekəl” ugrunda mübarizə aparacaq.
Ölkəmizi beynəlxaqla platformada təmsil edəcək ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
“Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”, - C.Qasımov deyib
“Onun sözlərinə görə, filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimdux, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər.
“Xatirə və Xəta” filminin treyleri: