Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelaya səfər edəcək.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro missiyası başa çatmış Türkiyə səfirini qəbul edərkən bildirib.
“Yaxın günlərdə biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz sevinc hissi ilə hazırlıq işləri görürük. Ümid edirik bu görüş Venesuelada iqtisadi inkişafa töhfə verəcək.