Modern.az

Prezident istefa ərizəsini imzaladı

Prezident istefa ərizəsini imzaladı

Dünya

12 İyul 2022, 10:38

Şri-Lanka prezidenti Qotabai Rajapaksa istefa ərizəsini imzalayıb.

 

Modern.az xarici KİV-lərə istiandən xəbər verir ki, Prezident Qotabai Rajapaksa iyulun 11-də 13 iyul tarixli istefa ərizəsini imzalayaraq yüksək vəzifəli dövlət məmuruna təhvil verib.

 

Bildirilib ki, dövlət rəsmisi prezidentin istefa ərizəsini parlament sədri Mahinda Yapa Abeyvardenə təqdim edəcək.

 

Qeyd edək ki, növbəti prezidentliyə namizədlər iyulun 19-da parlamentə təqdim olunacaq. İyulun 20-də parlament yeni prezidentin seçilməsi üçün səs verəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi