Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olması barədə məlumat yayılıb.
Məlumata görə, Paşinyan Türkiyə prezidentini Qurban bayramı, Türkiyə prezidenti isə öz növbəsində Paşinyanı Vardavar bayramı münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatı telefon danışığının kimin təşəbbüsü ilə baş verdiyini araşdırmağa çalışıb.
Lakin hökumət rəsmi açıqlamadan başqa şərh verməyib.
“Hraparak” qəzeti isə yazır ki, telefon danışığı ilə bağlı razılıq Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında gerçəkləşən münasibətlərin tənzimlənməsi prosesi çərçivəsində əldə olunub.
Telefon danışığı ilə bağlı eyni mətn Türkiyə prezidentinin rəsmi saytında, türk dilində yerləşdirilib.