Modern.az

Ukraynanın ələ keçirdiyi hərbi texnika Praqada nümayiş etdirildi

Ukraynanın ələ keçirdiyi hərbi texnika Praqada nümayiş etdirildi

Dünya

12 İyul 2022, 12:53

Ukraynanın Rusiya ordusundan ələ keçirdiyi tank, raket və tank əleyhinə silahlar Çexiyanın paytaxtı Praqanın Letna meydanında nümayiş etdirilib.
 

Modern.az xəbər verir ki, Praqanın Letna meydanında keçirilən sərginin açılışında Çexiya daxili işlər naziri Vit Rakusan, Ukrayna daxili işlər naziri Denis Monastırski, Avropa Şurası daxili işlər komissarı İlva Yohansson və Praqa meri Zdenek Hrib iştirak ediblər.
 

Yüzlərlə çex və ukraynalının marağına səbəb olan sərgidə Çexiya daxili işlər naziri Vit Rakusan çıxış edib.

 
"Bu sərginin açılışında ukraynalı həmkarımın olması mənim üçün böyük şərəfdir. Mən Ukraynanın bu cəsarətli müqavimətini davam etdirməsini istəyirəm və dəstəkləyirəm. Bütün dünya Ukrayna vətəndaşlarına göstərdikləri cəsarətə görə onlar qarşısında papaqlarını çıxarmalıdır”,-deyə V.Rakusan çıxışında söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi