Ukrayna bu yaxınlarda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Dünya Bankının Etimad Fondundan 1,7 milyard dollar alıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
Bununla da, ABŞ-dan Ukraynaya ayrılan qrant yardımının ümumi məbləği 3 milyard dollara çatıb.
"Bu, son iki həftə ərzində ABŞ-ın ikinci qrantıdır, yardımın ümumi məbləği 3 milyard dollardır. Mən ABŞ-a və Amerika prezidentinə dəstəyə görə minnətdaram”, - deyə Şmıqal özünün "Twitter" hesabında yazıb.
İyulun əvvəlində Ukraynanın baş naziri bəyan edib ki, ölkə hər ay orduya 4,4 milyard dollardan çox pul xərcləyir. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, büdcə kəsirini ödəmək üçün Ukrayna tərəfinin aylıq 5 milyard dollar məbləğində maliyyə yardımına ehtiyacı var.
Akif İsmayılov