Modern.az

Tovuz təxribatı: Azərbaycan diasporu ayaqdadır

Tovuz təxribatı: Azərbaycan diasporu ayaqdadır

12 İyul 2022, 19:21

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində işğalçı Ermənistanın torətdiyi təxribatdan 2 il ötür. Yaxşı xatırlayıram, dünya azərbaycanlıları dünyanı ayağa qaldırmaqda, beynəlxalq təşkilatları silkələməkdə idi: hamı erməni işğalına son qoyulmasını tələb edir, Azərbaycan sülh istəyir hayqırırdı.

 

2020-ci ilin 12 iyul tarixində işğalçıların törətdiyi təxribat zamanı Polad Həşimov, İlqar Mirzəyev kimi igidlərimizi itirsək də (Allah bütün şəhidlərimizə rəhmət eləsin), düşmən layiqincə cavabını aldı. Mənfur düşmənin Tovuz təxribatları zamanı törətdiyi vəhşiliklər, işğalçılıq niyyətləri öz başlarında çatladı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu işğalçı erməni qoşunlarına, mürtəce ermənibaşlara həqiqəti layiqincə izah etdi, regionda haqq-ədaləti bərpa etdi və ən əsası BMT-nin qəbul etdiyi 4 qətnaməni təkbaşına icra etdi.

 

Tovuz rayonunda törədilən təxribat Xalq-Dövlət-Ordu birliyini daha da möhkəmləndirdi. Düşmənə qarşı yumruq kimi birləşən yalnız Azərbaycanda yaşayanlar deyildi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımız dövlətimizin yanında olduğunu dərhal bəyan etdi. Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat dünyada yaşayan soydaşlarımızın ciddi narahatlığına və etirazına səbəb oldu.  

 

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başladı.

 

Dünya azərbaycanlıları ilə daimi intensiv əlaqə saxlayan Diasporla İş üzrə Dövlət Komitəsi insanları yaşadıqları ölkələrin qanunlarına riayət etməyə, təxribatçı hərəkətlərə uymamağa çağırdı. Dövlət Komitəsi müvafiq bəyanatla çıxış edərək ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında iştirak edən soydaşlarımıza təşəkkür edərək xaricdə yaşayan həmvətənlərimizin hər hansı çətinlik, problem yarandıqda dərhal əlaqə saxlaya bilməsi üçün qaynar xətt yaratdı.

 

Bütün bunları qeyd etməkdə, məqsədim “köhnə palan içi tökmək deyil”. Məqsədim odur ki, xaricdə yaşayan azərbaycanlıların daim dövlətimizin yanında olduğunu konkret rəqəmlərlə bir daha ifadə etməkdir. Qoy bu yazı, HƏM DƏ HARADA YAŞAMASINDAN ASILI OLMAYARAQ DAİMİ DÖVLƏTİMİZİN İNKİŞAFI ÜÇÜN ƏLİNDƏN GƏLƏNLƏRİ ƏSİRGƏMƏYƏN HƏMVƏTƏNLƏRİMİZƏ XIRDA BİR MINNƏTDARLIQ OLSUN.

 

Bilənlər bilir ki, vətənində baş verənlər, vətəninə qarşı təxribatlar, vətəninin üzləşdiyi haqsızlıqlar, ədalətsizliklər haqqında xarici mətbuatda çıxış etmək o qədər də asan deyil. Ona görə ki, bir qərblini, bir avropalını bu məsələlər olduqca az maraqlandırır. Qərb dövlətlərinin rəsmi mövqelərində belə, dəfələrlə müşahidə etdiyimiz ikili yanaşmalar bunun bariz nümunəsidir. 

 

Bütün bu çətinliklərə rəğmən, azərbaycan diasporu düşmənə informasiya məkanında zərbə vurmaqda, həqiqətləri dünyaya bəyan etmək israrlı idi və bunu Azərbaycan dövlətinə, Azərbaycan əsgərinə bir xidmət kimi qəbul edirdi. Ümumilikdə, Ermənistanın təxribatçı hərəkətlərinə soydaşlarımızın etirazlarını aşağıdakı şəkildə ifadə etmək olar ki, bu da qeyd edilənlərin bariz nümunəsidir.

 

Tovuz təxribatı: Dünya azərbaycanlılarının birliyini daha da möhkəmlətdi

 

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində təxribat törətməsi soydaşlarımızın kəskin hiddətinə səbəb olmaqla, onlar arasında birliyi, əlaqələri daha da intensivləşdirdi. Bunun nümunəsi olaraq, xaricdə yaşayan azərbaycanlılar, eləcə də dost xalqların nümayəndələri dünyanın aparıcı ölkələrində, BMT, ATƏT və digər beynəlxalq təşkilatların ofisləri qarşısında, dünyanın nüfuzlu media orqanlarının qarşısında icazəli aksiyalar keçirərək, dünyanı erməni işğalçılarını durdurmağa səsləyirdi. Yalnız, 12 iyul-31 iyul 2020-ci il aralığında 26 ölkədə 30000 minə yaxın insanın iştirak etdiyi, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!”, “Ermənistan terrorçudur”, “Azərbaycan sülh istəyir” və sair şüarlarların səsləndirildiyi 71 aksiya keçirilib.

 

Ümumilikdə, 2020-ci ilin 12-31 iyul tarixlərində müxtəlif ölkələrdə keçirilmiş aksiyalara dair ölkələr üzrə statistik mənzərə aşağıdakı kimidir.  

 

Onu da qeyd edək ki, ermənilər öz yalançı və işğalçı mahiyyətlərini bir daha nümayiş etdirərək dünyanın müxtəlif ölkələrində Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar təşkil etməyə cəhd göstərirdi. Aksiyalarda yalançı, həqiqətləri təhrif edən şüarlar və çıxışlar səsləndirməyi nəzərdə tutan ermənilərin dünyanı aldatmaq cəhdi dəfələrlə soydaşlarımızın birliyi və mütəşəkkilliyi sayəsində baş tutmayıb. Ermənilərin Polşa, Niderland, Belçika, ABŞ (Vaşinqton, Los-Anceles), Gürcüstan, Türkiyə və Ukraynada Azərbaycan səfirliklərinin qarşısında təşkil etdikləri icazəsiz aksiyalar isə soydaşlarımızın müdafiə aksiyaları ilə fiaskoya uğrayıb.

 

Müxtəlif ölkələrdə diaspor təşkilatları, koordinasiya şuraları və fərdi şəxslər Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş 12 iyul tarixli təxribat ilə bağlı bəyanatlarla çıxış etdilər. Bəyanatlarda Ermənistanın işğalçılıq siyasətinə və təxribatçı hərəkətlərinə kəskin etirazlar edilir, işğalçılıq siyasətinin dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin qanunverici orqanlarına, rəsmi dairələrinə müraciətlər ünvanlanırdı. Yalnız 12 iyul-31 iyul 2020-ci il tarixlərində ümumilikdə, 36 ölkədə yaşayan azərbaycanlılar 128 bəyanatla çıxış ediblər. Bəyanatların ölkələr üzrə sayı aşağıdakı kimidir:

 

Ermənistanın təxribatı və işğalçılıq siyasəti ilə bağlı xarici mətbuatda yayımlanmış məqalələr

 

Aksiyalar, bəyanatlarla yanaşı, həm də Azərbaycan diaspor təşkilatları, Koordinasiya Şuraları, eləcə də diaspor fəalları Ermənistanın təxribatına etiraz aksiyaları təşkil etməklə yanaşı, xarici mətbuatda da həqiqətləri əks etdirən, dünyaya ermənilərin təxribatçı olduğunu bəyan edən məqalələrlə çıxış edirdilər. Yalnız 12 iyul - 31iyul 2020-ci il tarixlərində ümumilikdə, 40 ölkədə 20 dildə 180 məqalə və xəbər çap edildi. Ümumilikdə, Ermənistanın təxribatçı hərəkətləri ilə bağlı məqalələrin (xəbərlərin) yayıldığı xarici media mənbələrinin ölkələr üzrə statistikası aşağıdakı kimidir:

 

Əziz oxucu! Torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildiyini sevinclə, qürurla qeyd edirik. Allah Şəhidlərimizə rəhmət eləsin, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi ZƏFƏR unudulmaz bir tariximiz, qürurumuzdur. Bütün bunlarla yanaşı, əldə edilən ZƏFƏR-in vacib şərtlərindən biri də Xalq-Dövlət, Xalq-Prezident, Diaspor-Dövlət birliyidir. Yuxarıda qeyd edilənlər, bu birliyi ifadə edən çoxsaylı nümunələrin kiçik faktlarıdır. GÜCÜMÜZ-BİRLİYİMİZDƏDİR, BİRLİYİMİZ DAİMİ OLSUN.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu