Modern.az

Azərbaycan və Gürcüstanın bu şəhərləri qardaşlaşdı - FOTO

Azərbaycan və Gürcüstanın bu şəhərləri qardaşlaşdı - FOTO

Aktual

13 İyul 2022, 17:45

Azərbaycan və Gürcüstanın bir neçə şəhərləri arasında Qardaşlaşma haqqında anlaşma memorandumları imzalanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

O bildirib ki, Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir.

 

“Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafında önəmi və tərəfdaşlığımızın genişləndirilməsi perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir