Modern.az

Xocalıda valideynlərini itirmiş uşaqlarla görüş keçiriləcək

Xocalıda valideynlərini itirmiş uşaqlarla görüş keçiriləcək

13 Mart 2013, 15:39

Modern.az xəbər verir ki, sabah “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin  qərargahında Xocalıda hər iki valideynini itirmiş uşaqlarla (indi onun ən kiçiyinin 21 yaşı var) görüş keçiriləcək.

  Görüş Dağlıq Qarabağın Azərbaycanlı İcması və Parlament Jurnalistlər Birliyinin birgə təşəbbüsü ilə baş tutacaq. Görüşdə millət vəkilləri, ziyalılar, dövlət rəsmiləri və gənclər iştirak edəcək.  

Qeyd edək ki, “Nur “ Uşaq və Gənclər təşkilatı və Modern.az saytının informasiya dəstəyi ilə həmin uşaqlarla bağlı kitab və film hazırlanır.

 
Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza