Macarıstanda energetika sahəsində fövqəladə vəziyyət elan edilib.
Modern.az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin nümayəndəsi Gergeya Quyyaş məlumat verib.
O, qərarın hökumət iclasında verildiyini qeyd edib.
Fövqəladə vəziyyət zamanı soyuq aylara hazırlıq məqsədilə ölkənin yetəri qədər yanacaqla təmin olunması üçün addımlar atılacaq.