Türkiyədə Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O bildirib ki, razılıq Türkiyə, Rusiya və Ukrayna heyətləri ilə BMT-nin nümayəndələri arasında İstanbulda baş tutan görüşdə əldə olunub.
Akar deyib ki, dördtərəfli görüşdə limanların çıxış - girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə edilib.