Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri başa çatıb. Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Podqoritsa Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Monteneqronun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Dövlət başçısı martın 13-də Bakıya qayıdıb.
Modern.az