Son sutkada Ukrayna ordusu 300-ə yaxın rus işğalçısını məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən iyulun 14-dək düşmənin ümumi döyüş itkiləri təqribən 37 870 nəfər olub.
Rusların ümumi itkiləri:
şəxsi heyət - 37 870 (+300) nəfər;
tanklar - 1667 (+18),
zirehli döyüş maşınları - 3852 (+20),
artilleriya sistemləri - 840 (+1),
reaktiv yaylım atəşi sistemi - 247,
hava hücumundan müdafiə sistemləri - 109,
təyyarə - 219 (+2),
vertolyotlar - 188,
əməliyyat-taktiki səviyyəli PUA-lar - 681 (+3),
qanadlı raketlər - 155,
gəmilər / qayıqlar - 15,
avtomobil avadanlığı və tankerlər - 2704 (+16),
xüsusi texnika - 67.