“Kür daşsa da, fəsad yaratmayacaq”. Bu sözləri Modern.az-a açıqlamasında deputat Rüstəm Xəlilov bildirib.
“Məlum məsələdir ki, dağlarda əriyən qarın suyu Kürə axır, buna görə də hər an bu böyük çay daşa bilər. 2010-cu ildən bəri Kürün qarşısını almaq üçün Kürətrafı rayonlarda, sağ və sol hissələrində bərkitmə işləri görülüb. Hazırda da bir sıra tədbirlər həyata keçirilir. Mən inanıram ki, Kürün səviyyəsi qalxsa da, hər hansı bir fəsad yaratmayacaq”, – deyə R. Xəlilov bildirib.
Ulduz İbrahimova