Modern.az

Gürcüstanlı qubernator Diasporla İş üzrə Dövlət Komitəsində olub

Gürcüstanlı qubernator Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diaspor

14 İyul 2022, 14:22

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, qonaqları salamlayan sədr müavini komitənin tarixi və fəaliyyət istiqamətləri, xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin gücləndirilməsi üçün görülən işlər barədə ətraflı məlumat verib. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Dövlət Komitəsinin bu günlərdə 20 illik yubileyinin tamam olduğunu deyən V.Seyidbəyov bu əlamətdar tarixin işğaldan azad olunmuş Qarabağda Azərbaycan əsgərləri ilə birlikdə qeyd olunduğunu söyləyib.

 

O, Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini bilməsinin vacibliyindən söz açaraq, bu istiqamətdə həyata keçirilən layihələrdən də danışıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu