Modern.az

Vinnitsada ölənlərin sayı 23-ə çatdı - YENİLƏNİB 

Vinnitsada ölənlərin sayı 23-ə çatdı - YENİLƏNİB 

Dünya

14 İyul 2022, 21:45

Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərinə hücum zamanı həlak olanların sayı 23 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

 

Hücumda ölənlərdən 3-nün uşaq olduğu bildirilir.

 

Məlumata görə, yaralanan 64 nəfər xəstəxanaya yerləşdirilib. Əksəriyyətinin vəziyyəti ağırdır 

 

42 nəfərin axtarışları davam edir.

 

****

15:10

 

Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 3-ü uşaq olmaqla, 20 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Vinnitsa vilayətinin prokurorluğu məlumat yayıb.

 

Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri  üzrə cinayət işi başlayıb.

 

Bildirilib ki, Rusiya şəhərə “Kalibr” raketləri atıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi