Modern.az

Bayden yenə sərsəmlədi

Bayden yenə sərsəmlədi

Dünya

14 İyul 2022, 16:22

ABŞ prezidenti Co Bayden Yaxın Şərqə dörd günlük səfəri çərçivəsində İsrailin paytaxtı Təl-Əvivə gedib.

 

Modern.az  xəbər verir ki, ABŞ Prezidentinin təyyarəsi Ben Qurion hava limanına enib.

 

Bayden təyyarədən endikdən sonra bir anlıq dayanıb. Ətrafa baxaraq "İndi nə edim?" deyib. Daha sonra o, yanındakıların bələdçiliyi ilə qırmızı xalça üzərində gəzməyə başlayıb. Bayden daha sonra buradaca mətbuat nümayəndələrinə açıqlamalar verib.  

 

Qeyd edək ki, Co Bayden açıqlamalarında ABŞ-ın İsraillə tarixi əlaqələrinə və sionizmə toxunub:

 

“ABŞ-la İsrail ət və sümük kimidir. Onları bir-birindən ayırmaq olmaz. Keçmişdə dediyim kimi, yenə deyirəm: Sionist olmaq üçün yəhudi olmaq lazım deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi