Modern.az

SOCAR ötən ili xalis mənfəətlə başa vurub

SOCAR ötən ili xalis mənfəətlə başa vurub

14 İyul 2022, 19:34

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gəlir marjasını 10,2 %-dən 11,4 %-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.

 

Beləliklə, SOCAR 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.

 

"Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir", - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi